Mədəniyyət

Arif Quliyev: “Mən kiməm ki, onlara cavab verim?”

“Şükür Allaha, hazırda yaxşıyam. Allah hanımıya kömək olsun. “Ay yay yay” serialı vardı. Yayda qurtardı. O dayandı nəsə…”

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü Arif Quliyev deyib.

Tanınmış aktyor kino və seraillarda çəkilmək təklifi alsa da, hələlik bunlardan hansınısa qəbul etmədiyini bildirib: “Təkliflər var, amma… Təkliflər çoxdur, amma gərək dəyəri olsun, zəhmətinə, əziyyətinə dəysin. Hazırda pensiyadayam, dincəlirəm. Mənə heç təklif də lazım deyil. İstirahət edirəm. Xalq artisti, Prezident təqaüdçüsüyəm. Mayda 70 illiyim olacaq, dövlət keçirəcək”.

A. Quliyev tam olaraq evə qapanmadığını verilişlərə də çıxdığını söyləyib: “İstirahət edirəm. Verilişlərə də çıxıram. Hansı verilişə çağırsalar çıxıram. Evdə oturub yatmayacağam ki…”

Sənədçi indi çəkilən kinolarla keçmişdə çəkilənləri müqayisə etmək istəmədiyini deyib. O, hazırda aktyorlar üçün yaxşı şərait yaradıldığını, maaşların artırılmasını da müsbət qiymətləndirib: “İndiki kinolarla keçmişdəkiləri mən müqayisə edə bilmərəm. Mən kiməm ki, onlara cavab verim? Mən aktyoram. İndi çəkilişlər yoxdur, dincəlirəm. Onu kino çəkənlərdən, kionşünaslardan, rejissorlardan soruşun.

Mən onu deyə bilərəm ki, o vaxt da şərait əla idi. İndi lap əladır. İndi dövlət qayğısı var. Hər şey var. Maaşlar artırıldı. Hər şey gözəldir”.

Bənzər yazılar

Back to top button