Siyasət

Türkiyə və Ermənistan xarici işlər nazirləri münasibətlərin normallaşdırılmasını müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Antalyada erməni həmkarı Ararat Mirzoyan ilə görüşüb.

“Anadolu” agentliyi xəbər verir ki, danışıqlar Antalyada keçirilən Diplomatik Forum çərçivəsində baş tutub və təxminən yarım saat davam edib.

Tərəflər Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması yollarını müzakirə ediblər.

Mövlud Çavuşoğlu Mirzoyanla görüşü “çox konstruktiv və məhsuldar” adlandırıb.

“İkitərəfli münasibətlərin tam normallaşması istiqamətində addımlar müzakirə edilib. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz Qafqazda sülhün bərqərar olması üçün səylər göstəririk.

Türkiyə ilə Ermənistan arasında atılan addımlar Azərbaycan tərəfindən də müsbət qarşılanır. Regionda sülh və sabitlik bütün tərəflərin maraqlarına cavab verir”, – deyə türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, Ankara ilə İrəvan arasında dialoq Azərbaycan tərəfindən də dəstəklənir.

Mirzoyan öz növbəsində bəyan edib ki, Ermənistan tərəfi ilkin şərt olmadan prosesi davam etdirməyə hazırdır. Onun sözlərinə görə, İrəvan Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasında qətiyyətlidir.

Bənzər yazılar

Back to top button