Siyasət

Azərbaycanla Latviya arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb

Aprelin 26-da Bakıda Azərbaycan və Latviya müdafiə idarələri rəhbərlərinin görüşündə hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Latviyalı nazir Artis Pabriksi qəbul edən Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənov deyib ki, iki ölkə arasında hərbi əməkdaşlıq NATO-nun müxtəlif proqramları çərçivəsində, eləcə də ikitərəfli əsasda aparılır.

Öz növbəsində Pabriks deyib ki, Latviya Avropa təhlükəsizlik təşkilatlarında və NATO-da Azərbaycanın mühüm tərəfdaşıdır.

Həmçinin o, latviyalı mütəxəssislərin azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesində iştirak etməyə hazır olduğunu qeyd edib.

Görüşdə Azərbaycanla Latviya arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, regiondakı hərbi-siyasi vəziyyət, təhlükəsizlik məsələləri, o cümlədən qarşılıqlı əlaqələrin inkişaf perspektivlərilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Latviya Respublikası Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Bənzər yazılar

Back to top button