Dünya

Türkiyədə “OHAL” ləğv edilir: Ərdoğanla Baxçalı razılaşdı

Türkiyədə 2016-cı il 21 iyun tarixində elan edilən Fövqəladə Vəziyyət (OHAL) ləğv edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Prezident Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ilə görüşərək Fövqəladə Vəziyyətin uzadılmaması barədə razılıq əldə edib.

Tərəflər Ankaradakı prezident sarayında bir araya gəlib.

Qeyd edək ki, “OHAL” 2016-cı il 15 iyun tarixindəki hərbi çevriliş cəhdindən sonra elan edilmişdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button