GündəmİqtisadiyyatManşet

Çörək spekulyasiyaları

İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar Siyasəti və istehlak bazarına nəzarət xidməti un və çörək istehsalçıları tərəfindən “vəziyyətdən sui-istifadənin yolverilməzliyi”barədə xəbərdarlıq edilmiş açıqlamailə çıxış edib.

Dövlət Xidməti qeyd edir ki, un və çörəyin qiymətinin əsassız olaraq dəyişdirilməsinin, həmçinin ənənəvi (dairəvi) çörəyin çəkisinin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinq aparılır, antiinhisar qanunvericiliyinə əməl olunması üçün zəruri tədbirlər görülür.

Lakin açıqlama orta müddətli dövrdə çörəyin qiymətinin dəyişməz qalacağı barədə aydınlıq gətirmir.

Öncə taxıl ixracatçıları, un və çörək istehsalçıları xalqa müraciət edərək çörəyin qiymətinin 0,10-0,15 manat həddində mütləq artırılması barədə müraciət ediblər.

Mən dünənki məqaləmdə qiymətlərin artırılması haqda qərarın əsassız olduğunu qeyd etmişəm. Öz arqumentlərimi gücləndirmək üçün 12 oktyabr 2012-ci il tarixli məqaləni dərc edirəm. O vaxt taxılın qiymətinin 100 dollardan baha olması fonunda bu məqalə olduqca aktualdır.

Azərbaycanda çörəyin qiyməti spekulyativdir

Dünyada taxılın qiymət artımı avqustun sonundan Azərbaycan çörək-bulka məmulatı bazarına təsir etməyə başlayıb. İlk qiymət artımı simptomları avqustun sonunda qeydə alındı. O vaxt Bakıxanov qəsəbəsində 630 qramlıq çörəyin qiyməti 33% artaraq 30 əvəzinə 40 qəpik oldu.

Mətbuat işə qarışandan sonra qiymət əvvəlki vəziyyətə qaytarıldı, amma oktyabrın əvvəlindən çörəyin bahalanması barədə məlumatlar müxtəlif yerlərdən daxil olmağa başladı. Bu dəfə 15% artım qeydə alındı. İstehsalçılar eyni zamanda çörəyin qiymətini və çəkisini 33% və 15% qaldırdı. İndi 630 qramlıq çörək 760 qram, qiyməti isə 30 əvəzinə 40 qəpikdir.

İstehsalçıların özləri və nəzarət orqanları bu dəfə əminliklə dünyada taxılın bahalanması ilə bağlı qiymət artımının labüd olduğunu əsaslandırdılar.

Rusiyadan taxıl idxalçılarından alınan məlumata görə, 11 oktyabr üçün bir ton taxıl sərhəddə $380 FOB qiymətə alınıb. Taxıl Bakıya kimi tonu $15 tarifi ilə daşınır. Unüyütmə zamanı daha $30 alınır. Ümumilikdə tonunun qiyməti $425 (380+15+30) və ya 330 manat olan un 1308 kq çörək (1 kq taxıl – 850 qr un, 1 kq çörək 650 qr un, 140 kq çörək – 100 kq taxıl) istehsalına kifayət edir. Çörəkbişirmə zamanı istehsal xərcləri 1 kq üçün 7 qəpik və ya 1308 kq üçün 91 manatdır. 1 ton taxıldan istehsal edilən 1308 kq çörəyin bütün xərcləri 421 manatdır (330+91).

Nəzərə alınsa ki, orta hesabla 0,5 kq çörək 35 qəpik və ya 1 kq = 70 qəpikdir, demək, bir tonda istehsalçılar 494 manat (70 qəpik х 1308 kq = 915 manat – 421 manat = 494 manat) qazanır.

Göründüyü kimi, qiymət artımının dünya bazarında buğdanın qiymət artımı ilə əlaqədar olması ilə bağlı spekulyasiyaların heç bir əsası yoxdur. Həmçinin aydın olur ki, çörək bazarına nəzarət edən şəxslər taxılın qiymətinin artımı ilə bağlı itkiləri istehlakçıların hesabına ödəmək istəyir və yüksək gəlirlərindən əsla vaz keçmək istəmirlər.

Taxıl məsələsinin iki başqa tərəfi – idxal həcmi və taxılın keyfiyyəti barədə də danışmaq lazımdır. 2011-ci ildə inhisarçılar 1,5 mln ton taxıl idxal edib. Statistikaya əsasən, Azərbaycanda çörək-bulka məmulatına tələbat adambaşına ildə 140 kq (100 kq taxıl) qiymətləndirilir. 9 mln əhalinin tələbatının ödənilməsi üçün 900 min ton taxıl tələb olunur. Amma sirr deyil ki, yüksək emiqrasiya ilə bağlı Azərbaycanın əhalisi azalıb. Xaricə emiqrasiya edənlərin sayı barədə 2,5-3,5 mln nəfər rəqəmi deyilir. Əgər ölkədə real olaraq 7 mln nəfər yaşayırsa, tələbat 700 min ton olmalıdır. Demək, ölkəyə 1,5 mln ton yox, 700 min ton taxıl gətirilməlidir. Ölkədə 2 mln ton taxıl istehsalı da nəzərə alınmalıdır, bunun bir hissəsindən ərzaq üçün, qаlan böyük hissəsi (4-5-ci sinif buğda) mal-qara üçün yem kimi istifadə edilir.

Hələ 2007-ci ildə Rusiya analitiklərindən biri Turan ekspertinə demişdi ki, Azərbaycan tərəfinin üçüncü ölkələrə təkrar ixrac üçün artıq həcmdə taxıl almasından şübhələnir. Bu ölkələr İran, Türkiyə və s. ola bilər.

Gələk çörəyin keyfiyyətinə. Gətirilən taxılın çoxu daha ucuz yemlik buğdadır və Azərbaycanda çörək istehsalı üçün məhz ondan istifadə edilir. Belə şeyə görə SSRİ vaxtı adamı dərhal güllələyərdilər. Azərbaycanda yemlik buğdanın keyfiyyətini artırmaq üçün ona maya tipli müxtəlif əlavələr edilir. Onların əsas fiqurantı isə “Unofer” kimyəvi maddəsidir. Əvvəllər onu Türkiyədən gətirirdilər, indi ünvan Çindir.

Onun hesabına çörək və çörək-bulka məmulatı gördüyümüz formanı alır. Keyfiyyətsiz buğda və bu əlavələrin edilməsi Azərbaycanda mədə-bağırsaq və digər xəstəliklərin bir neçə dəfə artmasına gətirib çıxarıb.

Azərbaycanda taxıl təhlükəsizliyinə görə strateji Taxıl Fonduna nəzarət edən Fövqəladə Hallar Nazirliyi cavabdehdir. Fond 200 min ton taxıl saxlanmasını nəzərdə tutur, amma bu xətlə daha çox buğda gətirilir. Bu il rəsmi kvota 500 min ton təyin edilib. Bununla yanaşı iri tədarükçülər – «Abşeron-taxıl», «Karat», «Fatoğlu», «Neon» və s. var. Onların praktik olaraq hamısının unüyütmə müəssisələri, çörək zavodları və əlbəttə, olmazın maliyyə iştahası var.

Azərbaycana əsas buğda tədarükçüsü olan Rusiyadan son məlumatlara görə, Moskvada yarım kiloluq keyfiyyətli çörəyin qiyməti 7 rubl və ya 18 qəpikdir.

Mehman Əliyev

Mənbə: turan.az

Bənzər yazılar

Back to top button