İdman

“Yuventus” indi də “Barselona”nın ulduzunu transfer edir

Alekc Sandronun müqaviləsini yeniləmək təklifini rədd etməsindən sonra “Yuventus” “Barselona”dan Jordi Albanın tranfseri üçün hərəkətə keçib.

Fanat.Az “Corriere dello Sport”a istinadən xəbər verir ki, yayda “Real”dan Kriştiano Ronaldonu heyətinə qatan Turin klubu bu dəfə Kataloniya klubunun ulduzunu İtaliyaya aparmaqda israrlıdı. Jordi Alba da Aleks Sandro kimi klubu ilə müqaviləsini yeniləməkdən imtina edir və komandanı tərk etmək niyyətindədi. “Yuventus” transferi qışda bitirmək istəyir.

Qeyd edək ki, “Barselona” Jordi Albanı 2012-ci ildə “Valensiya”dan 14 milyon avroya alıb. Hazırda “Transfermarkt”ın 70 milyon avro qiymət qoyduğu 29 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə 17 rəsmi oyuna çıxaraq 2 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button