Dünya

ABŞ Trampa Rusiyanın ala bilmədiyi “Boeing”i alır

ABŞ hərbçiləri iki sərnişin təyyarəsinin alınması ilə bağlı “Boeing” korporasiyası ilə danışıqları yekunlaşdırmaq üzrədir. Trend-in məlumatına görə, ABŞ HHQ nümayəndəsi bu təyyarələrin prezident Donald Tramp üçün nəzərdə tutulduğunu bildirib.

“Defense One” xəbər portalı isə belə informasiya yayıb ki, bu təyyarələr bir zamanlar Rusiyanın “Transaero” aviaşirkəti tərəfindən sifariş olunsa da, şirkət müflis olduğundan təyyarələr alınmayıb.

ABŞ HHQ nümayəndəsi tayyarələrin dəqiq qiyməti barədə məlumat verməsə də, belə bir təyyarə modelinin qiymətinin təxminən 386,8 milyon dollar təşkil etdiyini bildirib.

Bənzər yazılar

Back to top button