İdman

Joze Mourinyu bu klubu çalışdırmaq istəyir

“Roma”dan qovulan Joze Mourinyu karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.az xəbər verir ki, məlumatı “Daily Mail” yayıb.

Xəbərə görə, təcrübəli baş məşqçi “Mançester Yunayted” klubuna geri dönmək istəyir. Portuqaliyalı mütəxəssisin “qırmızı şeytanlar”la yeni uğurlara imza atmaq üçün bu qərara gəldiyi vurğulanıb.

Qeyd edək ki, Mourinyu 2016-2018-ci illərdə “Mançester Yunayted”ə başçılıq edib.Komanda onun rəhbərliyi altında Liqa Kubokunu, İngiltərə Super Kubokunu və Avropa Liqasını qazanıb.

Bənzər yazılar

Back to top button