İdman

Zlatan İbrahimoviçin yeni klub müəyyənləşdi

ABŞ-ın “Los Anceles Qalaksi” klubundan ayrılan Zlatan İbrahimoviçin yeni klubu müəyyənləşib.

Fanat.Az “The Telegraph”a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu karyerasını “Milan”da davam etdirəcək. İsveçli forvard Utaliya klubuna qayıtmağa razılaşıb. Onun 2010-2012-ci illərdə çıxış etdiyi klubla müqavilə şərtlərini razılaşdırdığı bildirilir.

Daha əvvəl “Milan”ın İbrahimoviçin keçidini dekabrın 15-də açıqlamaq istədiyi barədə məlumat yayılıb. Bu, həmin gün 120 illik yubileyini qeyd edəcək klubun azarkeşlərə hədiyyəsi olacaq.

Qeyd edək ki, daha öncə İbrahimoviç İsveçin “Malmö”, Hollandiyanın “Ayaks”, İtaliyanın “Yuventus” və “İnter”, İspaniyanın “Barselona”, Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” klublarında formasını geyinib.

Bənzər yazılar

Back to top button