İdman

“Bundesliqa cəlbediciliyini itirir” – Rummenigge “Borussiya”nı qınadı

“Bayer Münhen”in İdarə Heyətinin sədri və UEFA İcraiyyə Komitəsinin üzvü Karl-Haynts Rummenigge Dortmund “Borussiya”sının transfer siyasətini tənqid edib.

Fanat.az xəbər verir ki, “Express.de” Rummeniggenin dediklərini belə çatdırıb:

“Alman futbolunda gənc oyunçulara qarşı inanılmaz maraq yaranıb. Gələcəkdə sərfəli satış etmək üçün çoxsaylı transferlər reallaşdırılıb. Bu, bir biznes modelidir. Dortmund “Borussiyası” da belədir. Ceydon Sanço “Mançester Yunayted”ə, Erlinq Holand “Mançester Siti”yə, Cud Bellingem “Real Madrid”ə keçdi. Amma bu, yalnız “Borussiya” üçün yox, həm də çempionatımız üçün itkidir. Bəlli məsələdir ki, ulduzlar satıldıqca Bundesliqa öz cəlbediciliyini itirir”.

Qeyd edək ki, 11 tura 21 toplayan Dortmund “Borussiya”sı Bundesliqanın turnir cədvəlində 5-ci pillədə mövqe tutub. “Arılar” lider “Bayer Leverkuzen”dən 10 xal geri qalır.

Bənzər yazılar

Back to top button