Bizim seçimDünyaManşet

Rusiya Şimali Koreyanı ABŞ-a qarşı silahlandırır

Rusiya Şimali Koreyada P-700 “Qranit” raketlərini yerləşdirib. Bu barədə infoAZ.org Rusiyadakı diplomatik mənbələrdən məlumat əldə edib. Məlumatlarda bildirilir ki, bu ilin aprel ayında Rusiyaya məxsus “Varyaq” və “Admiral Tribuç” hərbi gəmilərinin müşahidəsilə “Boris Butoma” tankeri Şimali Koreyaya P-700 “Qranit” raketlərinin kompleks hissələrinin daşınmasını həyata keçirib.

Qeyd edək ki, P700 “Qranit” raketlərinin əsas məqsədi böyük gəmiləri və düşmənin hərbi donanmalarının aviadaşıyıcı qruplarına zərbə endirmək üçün nəzərdə tutulub. Bu raketin uçuş radiusu 500 kilometr, sürəti isə saatda 2700 kilometrə bərabərdir. P-700 “Qranit” raketlərinə 750 kiloqramlıq adi döyüş başlığı və ya 500 kilotonluq nüvə başlığı quraşdırılır.

Rusiya P-700 “Qranit” raketlərininin Şimali Koreyaya verilməsində əsas məqsəd isə Sakit okendan bu ölkəyə olan hər hansı təhlükələrin qarşısını almağa hesablanıb. Nəzərə alaq ki, bu yaxınlarda Yaponiyanın 2 raket gəmisinin və ABŞ-ın “Karl Vinson” aviadaşıyıcısının Şimali Koreyanın sahillərinə tərəf istiqamət almışdı. Buna səbəb bu ölkənin intensiv nüvə və ya ballistik raket sınaqlarının keçirməsi narahatlığa səbəb olduğu üçün belə bir addımın atılması qeyd edilirdi.

raketa-qranit.jpg

Bundan əlavə məlumatlarda bildirilir ki, Rusiya bu yaxınlarda səsdən sürətli, qanadlı “Sirkon” raketlərini sınaqdan keçirib. Bu müasir raketlərin sürəti səs sürətindən 5-6 dəfə çoxdur. Artıq 3M22 “Sirkon” raketlərinin P-700 “Qranit” raketlərini yaxın zamanlarda əvəzləyənəcəkləri də bildirilir. Hazırda istifadə edilən radar qurğularının bu raketləri qeydə alması olduqca çətindir. Ola bilsin ki, P-700 “Qranit” raketlərinə ehtiyyac olmadığından Rusiya bunu Şimali Koreya kimi ölkələrdə maraqlarının təmin olunmasına görə də yerləşdirə bilər.

Qeyd edək ki, ABŞ-la Şimali Koreya arasında gərginliklər getdikcə dərinləşməkdədir. Artıq tərəflər biri-birilərinə qarşı təhdid dilində danışmağa başlayıblar. Şimali Koreya ABŞ-ın Sakit okeandakı Guam adası sahilinə orta-uzun mənzilli raket atmağı planlaşdırır. Artıq Pxenyan rəhbərliyi adaya yaxın ərazilərə atılacaq mərmilərin “Hwasong —12” model olduğunu açıqlayıb.

ABŞ prezidenti Donald Tramp isə məsələyə münasibət bildirəkən deyib ki, əgər Şimali Koreya öz yaxşılığını düşünürsə, Amerikaya qarşı daha da irəli getməməlidir və onları təhdid etməməlidir. Əks halda dünyanın bundan əvvəl heç zaman görmədiyi qəzəb və hiddəti ilə üzləşəcəklər.

Rusiya isə bu məsələdən maksimum dərəcədə yararlanmağa çalışır. ABŞ-ın Rusiyaya qarşı yeni sanksyalar tətbiq etməsi bu ölkənin iqtisadiyyatına ciddi təsirini göstərməkdədir. Lakin ABŞ-la Şimali Koreya arasında yaranmış gərginlik Rusiyanın marağındadır. Düzdür Rusiya tərəfləri səbr nümayiş etdirməyə çağırsa da, digər tərəfdən hər iki dövlət arasında yarana biləcək hər hansı hərbi münaqişənin daha da alovlanmasında maraqlıdır.

Səbəb sadədir ABŞ-la Şimali Koreyanı üz-üzə qoyub, bu münaqişəyə digər ölkələri də cəlb eləməklə vaxt udmağa çalışmaq. Əgər nəzər alsaq ki, artıq ABŞ-ın Şimali Koreyaya səsləndirdiyi təhdidləri o qədər effekt vermir. Şimali Koreya Rusiyanın təlimatı ilə vəziyyəti bir az da gərginləşdirməyə səs göstərir. ABŞ Şimali Koreyada müharibəyə başlamalı olsa, özü üçün daha da gərgin vəziyyət yarada bilər. Özünün iqtisadiyyatını və həmçinin hərbi potensial gücünü daha qüdrətli etmək üçün isə Rusiya dünyada baş verə biləcək qlobal müharibədən divident qazanmağa nail ola bilər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button