İqtisadiyyat

ADA Universitetinin 43 milyonluq tenderini Türkiyə şirkəti uddu

ADA Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tenderin qalibi “Sinerji Proje Yönetimi Elektrik Elektronik Ve Sağlık Teknolojileri Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN – 1501502151) olub.

Tender müsabiqəsinin şərtlərinə görə, “Sinerji Proje Yönetimi Elektrik Elektronik Ve Sağlık Teknolojileri Dış Ticaret Limited” Şirkəti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində F, G və digər köməkçi binaların tikintisi işlərinin ikinci mərhələsini (kommunikasiya xətlərinin çəkilməsi, havalandırma, kondinsionerləşdirmə, videomüşahidə sistemlərinin, isti və soyuq su xətlərinin çəkilməsi, elektrik güc avadanlıqlarının və digər aidiyyəti sistemlərin (avadanlıqlarla birlikdə) quraşdırılmasını həyata keçirəcək və qarşılığında 42 milyon 537 min 200 manat alacaq.

Məlumat üçün bildirək ki, qalib şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Yaşar Hüseynov, ev 17-də yerləşir. Şirkət 16 sentyabr 2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ufuk Aydındır.

Onu da bildirək ki, 1998-ci ildən Türkiyədə fəaliyyət göstərən “Sinerji Proje Yönetimi Elektrik Elektronik Ve Sağlık Teknolojileri Dış Ticaret Limited” Şirkətinin Azərbaycan və İraqda fililalları yerləşir. Şirkət daha əvvəl Bakıda ADA Universitetinin, Bakı Konqres Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Alov Qüllələrinin, “Paşa Bank”ın mərkəzi ofisnin və s. binların tikintisində iştirak edib.

Bənzər yazılar

Back to top button