Hadisə

Keçmiş icra başçısı və Gəncə memarı hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün, yanvarın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Nural Əliyevin sədrliyi ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev və Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin keçmiş rəisi Əli Rüstəmovun hər birini 4 il müddətinə azadlıqdan məhrum edib.

Hər iki şəxs vəzifə səlahiyyətlərini aşma, dələduzluq, rüşvət alma, rüşvət vermə, qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməkdə maddələri ilə təqsirli biliniblər. (Turan)

Bənzər yazılar

Back to top button