Hadisə

Tağı Əhmədova 2 milyon “fırladan” şəxs axtarışa verildi – FOTO

Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq edən şəxs axtarışa verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Sahil Abuşov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilir.

S. Abuşov istintaqdan yayındığı üçün barəsində həbsli axtarış elan edilib.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, S. Abuşov “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxslərdən biridir. Onunla birgə Qulu Muxtarov və Səadət Xəlilov da təqsirləndirilir. Adları çəkilənlərdən yalnız S. Xəlilov həbs edilib. S. Abuşov isə istintaqdan yayınıb.

Bənzər yazılar

Back to top button