Dünya

Dövlət Departamenti vəd edir: Ukrayna NATO-ya üzv olacaq

Bayden administrasiyası Vilnüs sammiti zamanı NATO-nun Ukraynaya dəvət göndərməkdə qətiyyətsizliyini dəstəkləyərək öz mövqeyinə qətiyyətlə sadiq qalır, lakin çərşənbə axşamı o, Ukraynanın gələcəyinin NATO-da olduğuna işarə edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“[Biz] bu gün Ukraynanın NATO-ya üzv olacağına açıq işarə etdik”, – çərşənbə axşamı mətbuat brifinqində Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın suallarını cavablandırarkən deyib.

O, sözlərinə davam edib: “Bu müharibə başlamazdan əvvəl Rusiyanın danışdığı şeylərdən biri o idi ki, onlar Ukraynanın NATO-ya daxil olmasının qəti şəkildə əleyhinəydilər və Ukraynanın heç vaxt NATO-ya daxil olmayacağına dair ciddi öhdəlik istəyirdilər. Ancaq biz açıq şəkildə bəyan etdik ki, NATO-nun açıq qapı siyasətinə sadiqik. Bu gün biz bu öhdəliyi təsdiqləyirik”.

Bu addım NATO və Ukrayna arasındakı parçalanma fonunda atılıb. Prezident Vladimir Zelenski Kiyevin sonda üzv ölkə olacağına işarə edən birgə bəyanatda formuldan istifadə etmədiyinə görə alyansı tənqid etdi.

Sammitin çərşənbə axşamı dərc edilən kommünikesində təşkilatın 31 üzv ölkəsi bildirib ki, “Ukraynanın gələcəyi NATO-dadır”, lakin əvvəlcə daha demokratik islahatlara və təhlükəsizlik sahəsində islahatlara ehtiyac var.

“Biz müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə Ukraynaya Şimali Atlantika Alyansına qoşulmaq dəvət göndərə bilərik”, – kommünikedə deyilir.

Bu “kompromis” Kiyevin məyus reaksiyasına səbəb olub, çünki prezident Zelenski Tvitterdə yazıb ki, o, Litvaya alyansın “tərəddüd etməyən, vaxt itirməyən və heç bir təcavüzkara baxmayan bir təşkilat olacağı” ümidilə gəlmişdi… daha çox şeymi gözləmək lazımdır?»

NATO-nun baş katibi Yens Stoltenberq kompromis mətni müdafiə edərək unu “Ukrayna üçün güclü paket” adlandırıb, bu, nəticədə onun “NATO üzvlüyünə açıq yol” təklif edir.

Prezident Co Bayden bu məsələnin gələcək müzakirəsi üçün çərşənbə günü günortadan sonra Ukrayna liderilə görüşməlidir.

Dövlət Departamentinin nümayəndəsi Miller bir neçə şərti açıqlayıb ki, NATO-nun qərarı ilə Ukrayna alyansa dəvət almaq üçün onları yerinə yetirməlidir. Bunların arasında demokratik islahatlar və Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatması da var.

“Şərtlər yerinə yetirildikdə dəvət göndərməyə hazırıq”, – o, jurnalistlərin təzyiqi altında deyib. “Hazırda NATO üzvü olmamalarının mühüm bir səbəbi var — çünki bu, ABŞ-ı dərhal Rusiya ilə qarşıdurmaya aparacaq”.

Miller onu da deyib ki, NATO üzvləri Ukraynaya alyansa qəbul olmaq üçün lazımi şərtləri yerinə yetirməyə kömək etməyə hazırdır.

Turan-ın müxbiri Türkiyənin İsveçin üzvlüyü ilə irəliləmək qərarından sonra Kremlin NATO-ya qarşı son hədələrilə maraqlanıb.

“Rusiya yersiz təhdidlər etdi və sadəcə təhdidlər deyil, açıq şəkildə öz qonşularına qarşı müharibəyə başladı və əgər onlar öz qonşularına və digər regionlara yersiz təhdidlər etməyə davam etsələr, təəccüblənməyəcəyik”, – Miller deyib.

Sonda o deyib: “Biz NATO-nu möhkəmləndirmək və bu təhdidlərin yersiz olduğunu bildirmək üçün lazım olanları etməyə davam edəcəyik”.

Bənzər yazılar

Back to top button