İdman

“Yox, mənim elə fikrim yoxdur” – Messi məsələyə nöqtə qoydu

“İnter Mayami”nin hücumçusu Lionel Messi komandası MLS-in pley-off mərhələsinə çıxa bilmədiyi üçün bu qış icarə əsasında başqa klubda oynayıb-oynamayacağını açıqlayıb.

Fanat.az xəbər verir ki, ESPN 36 yaşlı argentinalı ulduzun dediklərini belə çatdırıb:

“Yox, mənim icarə əsasında başqa klubda oynamaq fikrim yoxdur. Məşq edəcəm, “Şarlott” ilə qarşıdakı oyunda meydana çıxacam. Noyabrdakı matçlarda ən yaxşı formada olmaq istəyirəm. Ardından isə Argentinada istirah edəcəm. İlk dəfədir ki, dekabrdakı bayramlar zamanı bu qədər vaxtım, öz xalqımın əhatəsində belə rahatlığım olacaq. Yanvarda yenidən kluba qayıdıb yeni mövsümə hazırlaşmaq istəyirəm. Həmişə olduğu kimi, sıfırdan başlayacam və yeni mövsümə mümkün qədər daha yaxşı hazırlaşmaq üçün bacardığımı edəcəm”.

Daha öncə Messinin MLS-də yeni mövsüm başlayana qədər Səudiyyə Ərəbistanı klublarının birinə icarəyə verilə biləcəyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Leo bu ilin yayından “İnter Mayami”dədir. Onun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button