Cəmiyyət

XİN: “Brexit”dən asılı olmayaraq, Britaniya ilə əməkdaşlıq davam edəcək

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi “Brexit”dən sonra bu ölkə ilə münasibətlərin hansı şəkildə davam edəcəyinə aydınlıq gətirib.

İdarədən bildirilib ki, bu ilin 31 yanvar tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması (Brexit) rəsmiləşir və Birləşmiş Krallığın Aİ-dən çıxması ilə əlaqədar “keçid dövrü” başlayır. Həmin dövr ərzində tərəflər arasında gələcək münasibətləri tənzimləyən Azərbaycan arasındakı ikitərəfli sazişlərə tərəf kimi qalacaq.

Eyni zamanda, Azərbaycanla Birləşmiş Krallıq arasında gələcək ikitərəfli münasibətlərə dair müvafiq sazişin razılaşdırılması istiqamətində iş davam etdirilir: “Azərbaycan Birləşmiş Krallıq ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafında maraqlıdır və iki ölkə arasında siyasi dialoq uğurla davam etdirilir. Böyük Britaniya Azərbaycanın enerji sahəsində ən mühüm tərəfdaşlarından biridir. Əminik ki, “Brexit”dən asılı olmayaraq, Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcək”.

Bənzər yazılar

Back to top button