Gündəmİqtisadiyyat

Karantin dövründə banklara olan kredit borcları dondurulucaq? – Millət vəkili

“Karantin dövründə vətəndaşların banklara olan kredit borcları dondurulmalıdır”.

Qaynarinfo xəbər verir ki, bu təkliflə parlamentin bugünkü iclasında Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib. Deputat bu istiqamətdə müzakirələrin aparıldığını deyib:

“Bu gün Milli Məclisin iclasında iştirak edən Mərkəzi Bankın sədri Elman Rüstəmova müraciət edərək özəl banklarla məsləhətləşmələr apararaq xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulmasını təklif etdim.

Mərkəzi Bank sədri bu məsələnin müzakirə edildiyini bildirdi”, – deyə Aydın Mirzəzadə bildirib.

Bənzər yazılar

Back to top button