İqtisadiyyat

2017-ci ildə “Nar” bölgələrdəki şəbəkəsini daha da gücləndirib

Abunəçilərin rahat və kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə “Nar” özünün yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini uğurla davam etdirir. Azərbaycanın müxtəlif regionlarında yaşayan abunəçilərin artmaqda olan rabitə və internetdən istifadə tələblərinin qarşılanması məqsədilə mobil operator 2017-ci ildə bölgələrdə 194 yeni 3G baza stansiyası quraşdırıb. Bu ilin yanvar ayından etibarən, Biləsuvar, Daşkəsən, Füzuli, Qəbələ, Gəncə, Goranboy, Göygöl, Quba, Qusar, Hacıqabul, İmişli, İsmayıllı, Cəlilabad, Xaçmaz, Xızı, Kürdəmir, Lənkəran, Saatlı, Sabirabad, Salyan, Şəki, Şamaxı, Şabran, Siyəzən və Tovuz rayonlarının ərazisində yeni baza stansiyaları quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.

Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş ərazilərdə də şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirir. Bir neçə ay öncə operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan etdi. Artıq “Nar” abunəçiləri qeyd edilən ərazidə də 3G və 2G xidmətlərindən yararlana bilirlər. Sərfəli qiymət və yüksəkkeyfiyyətli xidmət prinsiplərinə sadiq qalan mobil operator şəbəkəsinin daha da gücləndirilməsi istiqamətindəki işləri davam etdirməyi planlaşdırır.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.

Bənzər yazılar

Back to top button