Dünya

Sirri açıla bilməyən qəsəbə: divarlarda insan üzləri görünür

İspaniyanın Əndəlus vilayətində 4 minə yaxın insanın yaşadığı Belmes de la Marilada adlı qəsəbədə 30 ildir elm adamlarının açıqlaya bilmədiyi qəribə hadisə baş verir.

Qaynarinfo xəbər verir ki, hadisəni öz gözlərilə görənlər belə bu müəmmaya inana bilmir. Almaniyalı tədqiqatçı Hans Bender bir azdan haqqında danışacağımız hadisəni XX əsrin ən böyük paranormal olayı hesab etdiyini deyir. Belmez İspaniyanın cənubunda muxtar bölgələr arasında əhalisinin sayına görə, ikinci ən böyük qəsəbədir. Buradakı paranormal hadisələr qəsəbədə yaşayan Maria Qomez Pereiranın 1971-ci ildə evinin mətbəxində üzə bənzəyən ləkə tapması ilə başlayır.

Ailə divarlarda görünən üzləri təkrar-təkrar təmizləyir, lakin faydası olmur. Hətta divar yenidən betonlansa belə, üzlər bir həftə sonra yenə görünür. Maraqlısı budur ki, divarlardakı insan rəsmləri gün keçdikcə daha da gəncləşir və üz ifadələri dəyişməyə başlayır. Bu haqda məlumatlar qəsəbəyə yayıldıqdan sonra səlahiyyətli şəxslər ilginc olayın baş verdiyi bölgəni nəzarətə götürür və tədqiqatlara başlanılır. Evdə araşdırma aparılarkən zirzəmidə 1200-cü illərdən qalan bir çox skelet tapılır. Başları olmayan skeletlər yığılaraq, kənar bir məzarlıqda basdırılsa belə, ev əhlinin problemi bitmir və üzlər yenidən görünməyə başlayır. Ev sahibi Mariya 2004-cü ildə 85 yaşında vəfat edir.

Bir çoxları onun ölümündən sonra üzlərin yox olacağını düşünsələr də, lakinin bunun tam əksi baş verir. Bu dəfə çox fərqli və əvvəlkilərdən daha dolğun insan simaları görünməyə başlayır. Tədqiqatlar dərinləşdirildikdən uzun müddət sonra aydın olur ki, evin oğlu Dieqo yaratdığı bu paranormal görüntü ilə çox böyük pullar qazanıb. İnsan üzlərinin betona öncə boyalarla çəkildiyi, daha sonra isə hidroxlorid turşusu ilə həkk edildiyi müəyyənləşdirilir. Beləliklə bu ilginc hadisənin sadəcə bir oyundan ibarət olduğu məlum olur. Lakin Dieqonun bu oyunu insanların qorxusunu azaltmaq üçün deyilmiş yalan da ola bilər…

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button