İdman

Ronaldo barədə heyrətamiz açıqlama

“Yuventus”un sabiq futbolçusu Mehdi Benatya komanda yoldaşı olmuş Kriştiano Ronaldo barədə heyrətamiz açıqlama verib.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o, 34 yaşlı portuqaliyalının yüksək fiziki formasını qoruması haqda danışarkən bunları deyib:

“Atalanta” ilə matçdan sonra Turinə qayıdırdıq. Bu matçda məşqçimiz heyətdə rotasiya etmişdi. Şəhərə çatanda Ronaldo mənə belə bir mesaj göndərdi: “Nə edəcəksən?” Cavab verdim ki, gecə saat 11-dir, gedib yatacağam”. Dərhal daha bir sms gəldi: “Zala gedib məşq etmək istəmirsən? Mən bu gün oynamamışam. Bu, mənə lazımdır. Gəl, mənimlə gedək”. Mənsə dedim ki, sadəcə, evə gedib, televizorun qarşısında uzanmaq və dincəlmək istəyirəm”.

Mehdi Benatya bildirib ki, futbolçular Turinə çatıb evlərinə getdikləri halda, Ronaldo birbaşa idman zalına yollanıb: “Hamı qalın geyindiyi halda, o nazik idman paltarında və qulaqcığı taxaraq zala getdi. Sonra mən düşündüm ki, bu adam anormaldır. Amma vaxt geçdikcə əmin oldum ki, yaxşı ki, belə bir insanı tanımışam. Yanında olduqda ona əvvəlkindən daha çox hörmət etməyə başlayırsan. O, bütün həyatını futbola qurban verib”.

Xatırladaq ki,Mərakeş milllisində çıxış etmiş Mehdi Benatya 2019-cu yanvarında “Yuventus”dan Qətərin “Əl-Duhail” klubuna keçib.

Bənzər yazılar

Back to top button