Dünya

Elm adamları Pasxa adasının qəribə bütlərinin sirrini açdı

ABŞ, Yeni Zelandiya və Çilidən olan bir qrup arxeoloq və torpaqşünas qədim polineziyalıların Pasxa adasında Moai daş bütlərini heykəllərin yerin münbitliyini qorumağa kömək etdiyinə inandıqları üçün qoyduqlarını üzə çıxarıb.

Qaynarinfo xəbər verir ki, sözügedən tapıntı haqda press-reliz Phys.org saytında yayımlanıb.

Təhlil zamanı mütəxəssislər adanın şərqindəki Rano Raraku vulkanının yaxınlığında quraşdırılmış iki monolit heykəli araşdırıb. Tədqiqatın müəllifi Coanna Van Tilburqun sözlərinə görə, tədqiqatçılar bütləri düzəltməkdə məqsədin adanın torpaq məhsuldarlığını artırmaq olduğunu sübut edən elmi dəlil əldə edib.

Rano Raraku yaxınlığında torpağın kimyəvi analizi yüksək məhsuldarlıq üçün vacib olan fosfor və kalsium kimi elementlərin yüksək konsentrasiyasını üzə çıxarıb. Bu da öz növbəsində alimlərə vulkanın ətəklərinin yerli sakinlər üçün təkcə daş deyil, əkinçilik üçün lazımlı münbit torpaq mənbəyi kimi xidmət etməsi qənaətinə gəlməyə imkan verib. Eyni zamanda, tədqiqatlar qədim zamanlarda bu ərazidə ciddi əkinçilik mədəniyyətinin mövcud olduğunu sübut edib.

“Bizim qazıntılarımız Moai haqqında anlayışımızı genişləndirir və bizə bunu başa salmağa çalışır ki, əvvəlcə aşkar gördüyümüzü zənn etdiyimiz bir şey heç də göründüyü kimi olmur”, – Van Tilburq deyib.

Qeyd edək ki, Pasxa adası yer üzünün təxminən iki min il əvvəl mövcud olmuş Polineziya Rapanunun qəribə sivilizasiyasının nəhəng moai bütləri şəklində çoxsaylı izlər qoyduğu ən sirli yerlərindən biridir.

Bu sivilizasiya avropalılar Pasxa adasına gəlməmişdən əvvəl yoxa çıxıb. Bunun səbəbi iki şey hesab edilir – polineziyalılar tərəfindən meşələrin və heyvanların vəhşicəsinə məhv edilməsi və aborigenlərin müxtəlif tayfaları arasında baş verən müharibələr nəticəsində ehtiyatların tükənməsi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button