İdman

“Barsa” albaniyalı hücumçu aldı – RƏSMİ

“Barselona” rənglərinə yeni hücumçu bağlayıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Albasete”dən Rey Manajı alıb.

Albaniyalı forvardla müddəti 2023-cü ilin yayında bitəcək müqavilə imzalanıb. “Barsa” 22 yaşlı Manaja görə qarşı tərəfə 700 min avro ödəyib.

Qeyd edək ki, sözügedən ön xətt oyunçusu bu mövsüm Sequndada 10 görüşdə 3 qola imza atıb.

Bənzər yazılar

Back to top button