İdman

“Barselona” Messinin atası ilə danışıqlara başlayır

“Barselona” Lionel Messinin müqaviləsini uzatmaq istəyir.

Fanat.Az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, klub 32 yaşlı hücumçunun təmsilçisi olan atası ilə danışıqlar başlamağa hazırlaşır.

Messinin hazırkı müqaviləsi 2021-ci ilin iyulunda başa çatır. Kataloniya təmsilçisi yeni müqavilənin 2023-cü ilədək imzalanmasını istəyir.

Qeyd edək ki, argentinalı forvard bu mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 17 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button