Siyasət

Həm bələdiyyə, həm də parlament seçkilərində iştirak edən namizədlər…

Hazırda gündəmdə olan bələdiyyə və parlament seçkiləri ilə bağlı maraqlı vəziyyət yaranıb. Belə ki, bələdiyyə seçkisinə qatılan namizədlərdən bəziləri həm də növbədənkənar parlament seçkilərinə də qatılmağı düşünürlər.

Bəs məsələnin hüquqi tərəfi necədir? Namizədlər paralel şəkildə hər iki seçkiyə qatıla bilərlərmi?

AzToday.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı prosedurları izah edib.

O söyləyib ki, bələdiyyə üzvlüyünə namizədlər həm də növbədənkənar parlament seçkisinə qatıla bilərlər:

“Amma onlar seçildiyi zaman tutduqları vəzifənin birindən istefa verməli olacaqlar. Çünki bir nəfər iki seçkili qurumda təmsil oluna bilməz.

Hətta dövlət işində çalışan, vəzifəli şəxslər də namizədliyini irəli sürə bilərlər. Amma dövlət işindən istefa verməli, öz vəzifəsindən ayrılıb, Milli Məclisə vaxt ayırmalıdırlar.

Dediyim kimi, bir namizədin iki seçkidə iştirakına heç bir qadağa yoxdur”.

Bənzər yazılar

Back to top button