Hadisəİqtisadiyyat

“Azercell”dən jurnalistlərə qarşı böyük fırıldaq (FOTO)

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları ərəfəsində “Azercell Telekom” MMC şirkəti tərəfindən bir qrup jurnalistə hədiyyə edilən mobil “MIFI” cihazlarına istifadə edilmədiyi halda 50 manata yaxın borc yazılıb.

AzToday.az ölkə.az-a istinadən bildirir ki, “Azercell Telekom” MMC tərəfindən sözügedən cihazı hədiyyə alan jurnalistlərin bir çoxunun adına 50 manata yaxın borcu olması barədə poçtla bildiriş göndərilib. Bildirişdə borcun yaranması cihazdakı internetin bağlanılmaması ilə əsaslandırılır. Halbuki, jurnalistlərə sözügedən cihaz hədiyyə edilərkən adlarına borc gəlməyəcəyi və üç aylıq pulsuz internet istifadə edildikdən sonra cihazın avtomatik bağlanılacağı söylənilib.

Bənzər yazılar

Back to top button