İdman

Ronaldunun bacısı ölkəni qarışdırdı

Portuqaliyada son günlər ən çox müzakirə olunan məsələlərdən biri Kriştianu Ronaldu və ailəsinin karantin rejimini pozmasıdı. Madeyra adasında karantində olan ulduz futbolçu sevgilisi Corcina Rodriges və uşaqları ilə birlikdə şəhər gəzintisinə çıxmışdı. Bu səbəbdən futbolçu və ailəsi tənqidlərə məruz qalmışdı.

Fanat.Az xəbər verir ki, bu dəfə Ronaldunun bacısı Katya karantin qaydalarını pouzub. Belə ki, ölkədən çıxış qadağası olmasına rəğmən, Katya Braziliyaya uçub.

Bu isə ölkədə gərginliyə səbəb olub. Etirazlardan sonra açıqlama verən Maderya Bələdiyyə məclisinin üzvü Pedro Ramos “Ronaldunun da məşqə getmək üçün xüsusi icazəsi yox idi. Qaydalara əməl etdiyi müddətdə digər vətəndaşlar kimi məşq edə bilər. Əsla ona xüsusi icazə verilməyib” deyib.

Bənzər yazılar

Back to top button