Bizim seçimGündəmSiyasət

MSK Hadı Rəcəbli məsələsində qərar verə bilmir

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilə bilər.

MSK sədri qeyd edib ki, ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.

MSK-nın ilkin nəticələrinə görə, bu dairədən Hadı Rəcəbli 9 min 594 səs (53,1 faiz) toplayıb.

Qeyd edək ki, seçki təbliğatı vaxtında Hadı Rəcəblinin xalqı təhqir etməsi ilə bağlı səs yazıları sosial şəbəkələrdə yayılmışdı.

Bənzər yazılar

Back to top button