GündəmManşetSiyasət

ABŞ-ın ikinci şəxsi İrəvandan Azərbaycanı ittiham etdi: Ermənistan ərazisinə ölümcül hücumları qətiyyətlə pisləyirik

Ermənistanda səfərdə olan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Azərbaycan əleyhinə danışıb.

AzToday.az Ermənistan mediasına istinadən xəbər verir ki, İrəvandakı qondarma “erməni soyqırımı”na qoyulmuş abidəni ziyarət edən Pelosi Azərbaycana qarşı ABŞ-ın qətnamə layihəsi hazırladığını bildirib:

“Azərbaycanın Ermənistan ərazisinə ölümcül hücumlarını qətiyyətlə pisləyirik. ABŞ hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini təsdiqləyib və Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb. Azərbaycanın “Artsax”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi də bizim diqqətimizdədir”.

Onun sözlərinə görə, ABŞ Ermənistanın təhlükəsizliyindən narahatdır və bu məsələdə yardım etmək istəyir:

“Ermənistanın demokratiyası, suverenliyi və ərazi bütövlüyü bizim üçün çox önəmlidir. Biz öz əməli yardımımızı göstərmək üçün buradayıq, seçim Ermənistanındır. Biz öz istəyimizi ifadə etmək üçün buradayıq”.

Rəsmi Bakı hələlik Nensi Pelosinin İrəvandakı dediklərinə münasibət bildirməyib.

Nazim Əlizadə

AzToday.az

Bənzər yazılar

Back to top button