Ziya Məmmədovun şirkəti ləğv edildi

by Aztoday Xəbər Portalı

“Azərqarant Sığorta” ASC könüllü ləğv olunması ilə əlaqədar adi, adlı səhmlərin, nominal dəyəri 561 manat, sayı 10000 ədəd olan qiymətli kağızların dövriyyədən çıxarır.

“APA-Economics” şirkətin yaydığı elana istinadən xəbər verir ki, səhmlərin ləğv edilməsi 2017-ci il martın 17-dən başlayaraq 2 ay müddətində həyata keçirəcək.

“Azərqarant Sığorta” ASC 21 ildən çoxdur ki, Azərbaycanın sığorta bazarında sabit fəaliyyət göstərir və dinamik olaraq inkişaf edir. Əsası 1993-cü ilin 04 iyun tarixində qoyulmuş “Şərqə Qapı Sığorta” MMC-nin hüquqi varisi olan Cəmiyyət hazırda Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 018934 saylı, 22.04.2008-ci il tarixli müddətsiz Lisenziya əsasında sığortanın 21 könüllü növü üzrə fəaliyyət göstərir. Əmlakın yanğın və digər əlavə risklərdən könüllü sığortası, nəqliyyat vasitələrinin sığortası, fərdi qəza sığortası, tibbi sığorta, xaricə gedən şəxslərin tibbi xərclərinin sığortası, yük sığortası, mülki məsuliyyət sığortası, maliyyə risklərinin sığortası Cəmiyyətin fəaliyyətində prioritet sahələrdəndir. “Azərqarant Sığorta” ASC 2008-ci ilin nəticələrinə görə ən yaxşı əmlak sığortaçısı kimi “İlin Brendi Milli Mükafatı”nın qalibi olmuşdur. Onun ödənilmiş nizamnamə kapitalı 5 610 000 manat təşkil edirdi.

Bənzər Yazılar