GündəmHadisə

Pedaqoji Universitetin Ağcabədi filialı haqda şok faktlar: Mətanət Fərzəliyeva kimdir? – VİDEO+FOTOLAR

Son zamanlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında baş verən qaununsuzluqlar ölçüyə gəlməz hala çatıb. Ölkə mediasında bu qanunsuzluqlarla bağlı yazılar geniş yer alsada nə Təhsil naziriliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında baş verən biyabırçılıq və özbaşınalıqlarla bağlı müvafiq tədbirlər görülmür.

Filial direktorunun özbaşınalıqları yerli sakinlər tərəfindən də ciddi narazılığa səbəb olur. Filial rəhbəri vəziyyəti o həddə çatdırıb ki, filal işçiləri belə onu rəhbər kimi saymır. Çünki filal drektoru Mətanət xanım son zamanlar rüşvətə başı qarışdığından işçiləri ilə belə doğru-düzgün məşğul olmur. Filialı açıq rüşvət yuvasına çevirən Mətanət xanımın yerli əhaliylə olduğu ki, təhsil ocağının işçiləri ilə də ciddi problemləri var.

Gəlin öncə cumhuriyyet.az olaraq media üzərindən əldə etdiyimiz məlumatlara əsasən filialın direktoru Mətanət Fərzəliyevanın keçmişinə qısa nəzər salaq.Bizə daxil olan məlumata görə Mətanət Fərzəliyeva hələ gənc yaşlarında Pedaqoji İnstitutun Şuşa filialında işlədiyi zaman Ağdam sakini Qamət adlı şəxsin qızından rüşvət aldığı üçün adıçəkilən təhsil müəssisəsindən xaric edilib. Bu, “alim” xanımın “fəaliyyət”ləri bununla da yekunlaşmayıb. Belə ki 17 may 2005-ci ildə 303/35 saylı əmrin çıxarışı əsasında  17 sentyabr 2005-ci il tarxili (protokol  nöm.1) iclasının qərarı əsasında tədris prosesinin təşkilində yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Müəllimlər İnstitutunun rektoru,millət vəkili Aqiyə Naxçıvanlının əmri ilə Fərzəliyeva Mətanət Çərkəz qızı 23 sentyabr tarixindən etbibarən Ağcabədi filialının tədrsi işləri üzrə direktor müavini vəzifəsindən azad edilib.Hətta bu azmış kimi 16 aprel 2010-cu il tarxidə keçmiş təhsil naziri Misir Mərdanovun 14 nömrəli əmri ilə işlərində yol verdikləri nöqsanlara və əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru Xəqani Məmmədova töhmət, tədris və elmi işlər üzrə direktor müavini Mətanət Fərzəliyevaya və baş mühasib Qnyaz Abbasova isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Ancaq maraqlıdır ki,bu qədər pozuntunun və nöqsanların içində olan bu şəxs kimlərinsə ciddi dəstəyi ilə sonradan AMİ-nin Ağcabədi filialının direktoru təyin edilib.

 

Çox hörmətli və dəyərli professor, millət vəkili Aqiyə Naxçıvanlının vaxtı ilə özünün və sabiq nazirinin imzaladıqları əmrlərə qarşı sayğısızlıq etməsinin səbəbləri isə hələ ki “qara qutu” olaraq qalır.Əslində bütün olaylar bununla bitmir.Çünki hazırda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında vəziyyət artıq nəzarətdən çıxmaq üzrədir və burda baş qaldıran narazılıqlar və ciddi qanun pozuntuları yenidən bu təhsil ocağını diqqət mərkəzində saxlayır.Bu təhsil müəssisəsində dövlətimizə və dövlətçiliyimizə qarşı da sayğısızlıq var. Bununla bağlı cumhuriyyet.az olaraq meduada yer alan bir faktı olduğu kimi diqqətinizə çatdırırıq: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Pedoqoji fakültənin dekanı işləyən filologiya üzrə fəlsəfə doktoru (?)Əli Əliyev vaxtı ilə mövcud hakimiyyətə “güllə atan”lardan olub.Konkret desək,bu şəxs Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və dövlət çevirilişinə cəhd edən OMON-çu Rövşən Cavadovun silahlı dəstəsində “döyüşüb”. Deməli,şərhə ehtiyac yoxdu… Həmçinin,imtahan sessiyalarında “qaz vurub qazan dolduran” əsas şəxslərdən biridir. Necə deyərlər,Mətanət Fərzəliyevanın “bankiri” funksiyasını yerinə yetirir. Məlumatı verən mənbənin iddiasına görə, işini ustalıqla görən dekan Əli Əliyev tələbələrdən aldığı pulları məktəbdə yox,rayon mərkəzindən bir qədər kənarda—rayounun çıxışındakı benzindoldurma məntəqsinin yanında alır”. İş bununla da bitmir. Belə ki, adının çəkilməyin istəməyən filial işçilərindən birinin bu günlərdə mediaya verdiyi məlumata görə filialı direktoru müsavatçıdı və elə bu üzdən də ümummilli lider Heydər Əliyevə qarşı açıq şəkildə hörmətsizlik nümayiş etdirir. Bunu bariz nümunəsi isə ümummilli liderin univeristetin girişində yaradılmış Heydər Əlitev guşəsində asılmış ,şəkillərin, bozarmış və bərbət gündə olamasıdır. Aşağıda sizlərə təqdim edəcəyimiz fotolardan da görünür ki, faktiki olaraq filialın direktoru bütün Azərbaycan xalqının qəlbində yer tutan ümummilli liderə olan hörmətsizliyini açıq şəkildə nümüyiş etdirir və bundan çəkinmir. Guşədəki şəkillər elə günə düşüb ki hətta yaxından və diqqətlə belə baxdıqda şəkillərn kimə aid olması ayırd etməkdə adam çətinlik çəkir.
Həmin fotoları təqdim edirik .

Bənzər yazılar

Back to top button