Siyasət

Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı növbəti qətnamə qəbul edib

Yanvarın 17-də Fransa Senatı az qala yekdilliklə Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə qəbul edib.

Qətnamədə həmçinin Wrmənistanın ərazi bütövlüyünə dəstək ifadə edilir və Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərindəki Qarabağa qarşı “təcavüz”ü pislənir.

Sənəddə ermənilərin Qarabağa qayıtması və onların təhlükəsizliyinə zəmanət də tələb olunur.

Gaha sonra qətnamə “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən dərhal çıxarılması” tələb olunur, Dağlıq Qarabağın siyasi liderlərinin həbsləri pislənir və UNESCO missiyasının Dağlıq Qarabağa “mədəni və dini irsin vəziyyəti haqqında” hesabatın hazırlqnması üçün gömdərilməsi isrənilir.

Qətnamədə həmçinin Azərbaycanın “hərbi təcavüzü”nə görə sanksiya kimi Azərbaycan liderlərinin aktivlərinin müsadirə edilməsi və Azərbaycandan qaz və neft idxalına embarqo qoyulması da daxil olmaqla ən sərt tədbirlərin görülməsi tələb olunur.

Qeyd edək ki, bu, Fransa Senatının ilk belə qətnaməsi deyil. Analoji qətnamə Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsindən sonra da qəbul edilib.(Turan)

Bənzər yazılar

Back to top button