İqtisadiyyat

Azərbaycanda bu bələdiyyələr il ərzində cəmi 100 manat vergi toplaya biliblər

Ötən il Azərbaycanda mövcud olan 1 606 bələdiyyənin ümumi gəlirləri 41 milyon 654,6 manat olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gəlirlərin 27,7% -i (11,5 milyon manat) Bakı şəhərində fəaliyyət göstərən 53 bələdiyyənin payına düşüb.

Məlumat üçün bildirək ki, bəzi rayonlarda bələdiyyənin il ərzində əldə etdiyi gəlirlər 100 min manatdan da aşağı olub.

Qobustan rayonundakı 16 bələdiyyənin cəmi gəliriləri 81 min 30 manat olub. Hər bələdiyyə orta hesabla 5,8 min manat gəlir əldə edib.

Daşkəsən rayonundakı 19 bələdiyyənin cəmi gəliriləri 94 min 20 manat olub. Hər bələdiyyə orta hesabla 4,9 min manat gəlir əldə edib.

Lerik bələdiyyəsində gəlirlər daha aşağı olub. Lerik rayonundakı 29 bələdiyyənin cəmi gəliriləri 68 min 80 manat olub. Hər bələdiyyə orta hesabla 2,4 min manat gəlir əldə edib.

Onu da qeyd edək ki, Lerik bələdiyyələrinə daxil olan 68,8 min manatın 78,6%-ni (54,1 min manat) dövlət büdcəsindən verilən dotasiya təşkil edib. Lerikdəki mövcud 29 bələdiyyənin topladığı vergilər (torpaq və əmlak) 2,9 min manat olub. Hər bələdiyyə il ərzində orta hesabla 100 manat vergi toplayıb.

Bənzər yazılar

Back to top button