İdman

Qvardiola: “Hər şey öz əlimizdədir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Arsenal”la İngiltərə Premyer Liqası titulu uğrunda mübarizədən danışıb.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, o, London təmsilçisi ilə oyun öncəsi deyib: “Bir neçə həftə əvvəl demişdim ki, mövsümün sonuna doğru hər məğlubiyyət vəziyyətə təsir edəcək. Oktyabrda, noyabrda oynayanda o hissi yaşaya bilməzsən. Xüsusilə bir neçə tituldan sonra. İlk Premyer Liqamızda mövsümə elə başladıq ki, sanki hər oyun final və həlledici idi.Mən bunu çox yaxşı xatırlayıram.

Bu mövsüm “Arsenal” üçün hər oyun finaldır. Bizim üçün Premyer Liqada ardıcıl qələbələrdən sonra hər oyun başlanğıcda final deyildi. Ancaq indi, son bir neçə ayda Çempionlar Liqası, İngiltərə Kuboku və Premyer Liqa ilə biz bunu belə görürük, çünki mövsümün sonu həqiqətən yaxındır. İndi nə üçün oynadığımızı dəqiq bilirik.

Bu yerə çatana qədər aylar keçdi və indi hər şey öz əlimizdədir. Təbii ki, onlar da vəziyyətə təsir edir, çünki qalib gəlsələr, titulun taleyi onlardan asılı olacaq. Amma qalib gəlsək, o zaman hər şey bizdən asılı olacaq və qarşıda yeddi qarşılaşma var.

Bu matç həqiqətən vacibdir, amma həlledici deyil, çünki hər iki komandanı hələ çox çətin oyunlar gözləyir. Ancaq bunun nə qədər vacib olduğunu inkar edə bilmərik.

Aprelin 26-da İngiltərə Premyer Liqasının 33-cü turunun matçında “Mançester Siti” doğma meydanda “Arsenal”ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. London klubu 75 xalla turnir cədvəlinə başçılıq edir, “Siti” 5 xal geridə olsa da, ehtiyatında iki oyun var.

Bənzər yazılar

Back to top button