İqtisadiyyat

Spirit 2800 işçisini ixtisar etdi: “Boeing”ə görə

Ukraynanın “Boeing 737-800” təyyarəsi qəzaya uğradıqdan sonra bu təyyarəyə hissə tədarük edən “Spirit AeroSystems” şirkəti 2,8 min işçinin müvəqqəti işdən azad edildiyini açıqlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, yanvarın 10-da yayımlanan açıqlamada “737 MAX”ın istehsalının dayandırıldığı, bu prosesin nə vaxta qədər davam edəcəyi və yenidə istehsala nə zaman başlayacağı bilinmədiyindən belə bir addım atmağa məcbur olduqları bildirilib.

Şirkət istehsala yenidən başlanılsa belə, tələbin az olacağını hesab edir.

Qeyd edək ki, “Boeing 737 MAX” üçün komponentlərin təxminən 70 faizini təmin edən şirkətin anqarlarında 100-dən çox təyyarənin hissələri saxlanılır və müştəri yeni sifariş vermədən öncə bu məhsullar tədarük olunmalıdır.Bundan əlavə Oklahoma zavodu da yanvarda işlərini ixtisar etməyi düşünür və gələcəkdə əlvə kadra ehtiyacı olacağını da istisna etmir.

Bənzər yazılar

Back to top button