İdman

Ronaldo bu hərəkəti ilə hamını hiddətləndirdi (FOTO)

“Yuventus”un portuqaliyalı hücumçusu Kristiano Ronaldonun sosial şəbəkədə paylaşdığı şəkil narazılıqlara səbəb olub.

AzToday.az xarici mətbuata istinadən xəbər verir ki, Madriddə vergidən yayınmağa görə məhkəmə tərəfindən 23 aylıq həbs cəzası və 18,8 milyon avro cərimə edilən Ronaldo şəxsi təyyarəsi ilə Turinə qayıdan zaman çəkdiyi selfi “Twitter”də sərt təpki ilə ilə üzləşib. Səbəb isə Uelsin “Kardif Siti” klubu ilə müqavilə bağlayan və Britaniyaya uçduğu təyyarə yoxa çıxan Emiliano Sala ilə bağlı xəbərlər olub.

İngiltərənin məşhur futbolçularından biri olmuş Hari Lineker də Ronaldonun paylaşıma reaksiya verərək, bunun indi yeri olmadığını bildirib.

Bənzər yazılar

Back to top button