Sağlamlıq

Alimlər COVİD-19-un Rusiyaya haradan gəldiyini müəyyənləşdirdi

COVID-19 Rusiyaya ümumiyyətlə, inanıldığı kimi Çindən deyil, Avropadan gəlib.

Qaynarinfo xəbər verir ki, bu nəticəyə “Stoltex”in mütəxəssislərinin korolavirus genomunu araşdırmasından sonra gəlinib.

RİA Novosti-nin verdiyi məlumata görə, alimlər virusların genetik məlumatlarını müqayisə edərək Rusiyada SARC-CoV-2-nin 67 müstəqil mənbədən daxil olduğunu qeyd ediblər. Bununla yanaşı, alimlər virusun Rusiyaya 2020-ci ilin fevral-mart aylarında, əsasən Avropadan gətirildiyini qeyd edirlər.

“Stoltex” virusun ölkəyə gətirilməsinin erkən hallarının Rusiyada yayılmaya səbəb olmadığını vurğulayıb.

Alimlərin fikrincə, indi Rusiyada koronavirusun digər ölkələrdə olmayan ən azı doqquz variantı mövcuddur.

Bənzər yazılar

Back to top button