Bizim seçimİqtisadiyyat

Sabiq nazirin deputatlığa namizəd oğlu 100 manatdan “şirinlik” paylayıb

“46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlu seçicilərə pul paylayır”…

Bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

C.Həsənli qeyd edib ki, R.Camalov sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur

Jurnalist iddia edib ki, Şirvan şəhər məktəblərinin bir qrup müəllimini və məntəqə komissiyası üzvlərini “Yeganə” şadlıq sarayına toplayıblar və 100 manat “şirinlik” paylayıblar: “Bu işi də Şirvan Şəhət İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev təşkil edib. Samid Abıyev Rəşad Camalovun əmisi, Şirvan şəhər İcra hakimiyyətinin keçmiş başçısı, hazırda Zərdab İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun övladlarının kirvəsidir. Vaxtilə Mərdan Camalovun köməkçisi olub, sadiqliyini qoruyub saxlayıb. İndidən Şirvanda belə rəy yaradıb ki, Rəşad Camalovun xeyir-duası verilib, “seçilib”. Məncə, Rəşad Camalovun başqa ölkə vətəndaşlığı da olmalıydı…”

Bənzər yazılar

Back to top button