İdman

Kriştiano Ronaldo Çempionlar Liqasının tarixinə düşdü

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz turnirdə 100 qələbə qazanan ilk futbolçu olub.

Yubiley qələbəsi “Valensiya” ilə V tur qarşılaşmasına təsadüf edib – 1:0. “Yarasalar”la görüşdə 33 yaşlı forvard 59-cu dəqiqədə Mario Mancukiçə məhsuldar ötürmə edib. Bu qələbə sayəsində xallarını 12-yə çatdıran Turin təmsilçisi 1/8 finala vəsiqəni təmin edib.

Ronaldo Çempionlar Liqasında indiyədək iştirak etmiş 140 komandadan 136-nı qələbə sayında üstələyir.

Bənzər yazılar

Back to top button