Hadisə

“Mitsubishi” şirkəti Özbəkistanda 1 milyard dollarlıq kimya kompleksi tikib

Yaponiyanın “Mitsubishi” şirkəti Özbəkistandakı “Nəvaiazot” kompleksinin bazasında 1 milyard dollar dəyərində kimya kompleksi inşa edib.

AZƏRTAC xəbər verir ki, kompleks Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) və özbək tərəfinin vəsaiti ilə inşa edilib, tikintidə ən müasir avadanlıqlardan istifadə olunub.

Bildirilir ki, zavodda ildə 660 min ton ammonyak, 577,5 min ton karbamid istehsal olunacaq ki, bu da ölkənin tələbatını tam ödəyəcək.

Bənzər yazılar

Back to top button