İdman

De Byazi: “Azərbaycanda güclü futbolçular var, amma Kvaratsxeliya…”

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliyanın “Radio CRC”a radiosuna açıqlama verib.

Qol.az xəbər verir ki, o “Napoli”nin A seriyasında və Çempionlar Liqasındakı çıxışı, həmçinin komandanın futbolçusu Xviça Kvaratsxeliya barədə danışıb. Mütəxəssis Azərbaycanda da güclü oyunçuların olduğunu bildirsə də, Kvaratsxeliyanın daha üstün keyfiyyətlərə malik olduğunu deyib:

“İndi gördüyünüz “Napoli” azarkeşlərini heyrətləndirir və sevindirir. “Ayaks”a qarşı ilk görüş çətin keçmişdi. Cavab oyununun da asan olmayacağıı gözləmək olardı. Amma biz onlar gözəl oyun nümayiş etdirdilər. Azərbaycanda əlbəttə ki, güclü oyunçular var. Lakin Xviça Kvaratsxeliya bütün lazımi keyfiyyətlərə sahibdir. O, utancaq görünsə də, güclü xarakterə, qeyri-adi texniki qabiliyyətə malikdir. O, həmişə komandası üçün üstünlük yaradan futbolçudur. Kvaratsxeliya A seriyasına çox tez uyğunlaşdı. Nəticədə də uğur qazanır. Amma onsuz da “Napoli” qeyri-adi işlər görür. Viktor Osimhen Çempionlar Liqasında, A seriyasında, İtaliya kubokunda qələbələr uğrunda mübarizədə kömək edəcək başqa bir “silahdır”.

Qeyd edək ki, Xviça bu ilin yayınan “Napoli”də oynayır. O, A seriyasında 9 matçda 5 qol vurub və 4 qolun ötürməsini verib, Çempionlar Liqasında isə 4 matçda 2 qol və 3 qol ötürməsi ilə yadda qalıb.

Xatırladaq ki, Xviça Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Bənzər yazılar

Back to top button