Hadisə

Bakıda səfirliyin qarşısında maşında oturan şəxs saxlanıldı – Məhkəmə azad etdi

İsrailin Azərbaycandakı Səfirliyinin qarşısında avtomobildə əyləşən şəxs saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, 1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Valeh Abbasov (ad-soyad-şərti) Yasamal rayonu, İzmir küçəsi, “Hayat Palace” adlı yaşayış kompleksinin qarşısında saxlanılıb.

Belə ki, səfirliyin təhlükəsizlik xidmətinin rəisi həmin yerdə xidmətdə olan polis əməkdaşlarına bir nəfərin səfirlik qarşısında maşında əyləşməsi barədə məlumat verib.

Səfirliyin təhlükəsizlik xidmətinin rəisinin həmin şəxsin yoxlanılması barədə xahişi əsasında avtomobilə yaxınlaşaraq özlərini Valeh Abbasova təqdim edən polis əməkdaşları ərazinin diplomatik ərazi olduğunu ona bildiriblər. Lakin vətəndaş polis əməkdaşlarına heç bir sənəd təqdim etmədən, onların tələbinə sərt reaksiya verib. O dərhal polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. İş məhkəmə göndərilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilib. O məhkəmə zalından azad edilib.

Bənzər yazılar

Back to top button