İqtisadiyyat

Bakı metrosunda həyəcan: Sərnişinlər vaqonlardan boşaldıldı

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Bu barədə sərnişinlər baku.ws-ə məlumat verilib.

Bildirilir ki, səhər saatlarında metronun “Gənclik”, “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişin sıxlığı yaranıb. Eyni zamanda “Nərimanov” stansiyasında qatarda nasazlıq yaranıb və sərnişinlər vaqonlardan boşaldılıb.

Məsələ ilə əlaqədar açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu gün səhər 7:35-də bir qatar Nərimanov stansiyasından texniki baxış məqsədilə depoya göndərilib.

Qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub.

Bənzər yazılar

Back to top button