Dünya

Göyərtəsində 83 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğradı

Əfqanıstanda Arian Əfqan Hava Yolları şirkətinə aid “Boeing 737-400” tipli sərinişin təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.

Hadisə Talibanın nəzarətində olan Qəzni vilayətinin Deh Yak rayonunda baş verib. Təyyarənin düşdükdən sonra partladığı qeyd edilir. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr göndərilib.

İlkin məlumata görə, laynerdə 83 nəfər olub. Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Bənzər yazılar

Back to top button