Dünya

Yerin oxu 80 sm sürüşdü

Yerin oxu cəmi 20 il ərzində təxminən 80 sm şərqə doğru dəyişib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb insanlar tərəfindən yer altından çox sayda su kütləsinin çıxarılması olub.

Yerin coğrafi qütbünün yerdəyişməsini araşdıran tədqiqatçılar qeyd ediblər ki, yeraltı suların təsiri olmadan belə yerdəyişmə mümkün deyil.

Yer öz oxu ətrafında fırlandıqca sürüşür və yırğalanır. Amerika Kosmik Tədqiqatlar İdarəsinin (NASA) məlumatına görə, 20-ci əsrdə Yerin oxunun ildə 4 sm yerdəyişməsi aşkar edilib.

Son tədqiqatlar müəyyən edib ki, iqlim böhranı Yer kürəsinin fırlanmasının dəyişməsinə səbəb olur.

Bənzər yazılar

Back to top button