CəmiyyətHadisə

Rusiyadakı Azərbaycan diasporu nəyi bölə bilmir?

Çelyabinskdə son həftələrdə Azərbaycan diasporunun iştirakı ilə bir neçə kriminal çəkişmə olub

Azərbaycan diasporunun üzvü Ramil Canıyevin Çelyabinskdə öldürülməsi bazardan kənar sərnişin daşınması ilə bağlı ola bilər.

Pressday.az Rusiya mediasına istinadən bildirir ki, bu haqda güc strukturlarındakı mənbəyə istinadən məlumat verilib.

Kikboksinq üzrə idman ustası, 25 yaşlı Ramil Canıyev sentyabrın 8-də Çelyabinsk şəhərindəki 7 saylı binanın girişinin yanında öldürülüb.

Qatil Caniyevin başına bir neçə dəfə atəş açıb. Bu cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı Eldəniz Bağırov barəsində axtarış elan olunub.

Azərbaycan ənənələrinə uyğun olaraq növbəti gün dəfndən sonra yas mərasimi təşkil olunub. “Bakı həyəti” restoranına təxminən 200 nəfər toplaşıb. Çelyabinskin güc strukturları da ora baş çəkiblər. Hüquq-mühafizə orqanları restoranın bütün qonaqlarını saxlayaraq polis şöbəsinə aparıblar.

Çelyabinsk daxili işlər orqanından verilən xəbərə görə, əməkdaşlar miqrasiya qanunvericiliyinin pozulub-pozulmadığını yoxlamaq üçün operativ-profilaktik tədbir həyata keçiriblər.

“Gənc adamın öldürülməsi ilə bağlı “Bakı həyəti” restoranında təşkil olunan tədbir haqda bizə heç nə məlum deyil”, – polisin mətbuat xidmətinin rəhbəri Olqa Şterk deyib.

Bu arada saxlanılanlardan biri anonim olaraq söyləyib ki, güc strukturlarının davranışı profilaktik tədbirə bənzəmirdi. Onun sözlərinə görə, restorana soxulan polis əməkdaşları havaya atəş açıblar.

“Cavanları və qocaları döşəməyə yatdırıb, təpikləməyə başladılar. Hamını maşına daş kimi atırdılar, sanki insan yox, heyvan atırlar. 200 nəfərin hamısını apardılar. Hətta öldürülənin atası da onların arasında idi. Hamısı Rusiya vətəndaşlarıdır, sənədlərini göstərməyə hazırdırlar. Adamların matəmi düşüb, yas mərasimi keçirilir, oğlanın 25 yaşı vardı. Cinayətkarı axtarmaq əvəzinə, gəlib insanları yasdan tutub aparırlar. Sonra isə təəccüblənirlər ki, onlara hörmət etmirlər”, – baş verənləri həmsöhbətlərdən biri belə təsvir edib.

Restoranın ofisiantı Zilya da yas mərasimi iştiraçısının dediklərini təsdiqləyib.

Xatırladaq ki, polis bunabənzər basqını avqustun 29-da Akademik Korolyov küçəsindəki “Kiçik Gürcüstan” restoranına da təşkil edib.

Mənbənin məlumatına görə, bu yerdə Rəhman Abdullayevin lideri olduğu Azərbaycan qruplaşmasının üzvləri və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə idarənin keçmiş əməkdaşı Andrey Tselişev, bu insanları dəstəkləyən kriminal “avtoritet” Vladimir Puzikov da olub. O zaman polis şöbəsinə hardasa 90 nəfər aparılıb, sonradan buraxılıblar.

Çelyabinsk polisinin rəhbərliyi bu əməliyyatın da miqrasiya qanunvericiliyinin pozulub-pozulmadığını yoxlamaq olduğunu bildirirdi.

Mənbələr güman edir ki, kriminal çəkişmə, eləcə də 25 yaşlı Ramil Canıyevin qətli regionda bazardan kənardakı marşrut taksiləri ilə bağlıdır.

Azərbaycan diasporu bu sahədə ən fəal oyunçulardan biri olaraq qalır. Canıyevin öldürülməsindən sonra yeni qanlar axıdılacağı istisna olunmur. Azərbaycanlılar həmvətənlərinin ölümünə görə qisas almaq arzusunda da olacaqlar.

Bənzər yazılar

Back to top button