Gündəmİqtisadiyyat

Bakı Slavyan Universitetinin müəllimləri tətilə hazırlaşır – Maaşları verilmir

Bakı Slavyan Universitetində iki aydır müəllimlərə maaş verilmədiyi deyilir.

Bu barədə məlumatı “Qaynar”a universitetdə dərs deyən müəllimlər veriblər.

Onların sözlərinə görə, artıq ikinci aydır ki, heç bir səbəb gətirilmədən əmək haqqlarını ala bilmirlər.

Şikayət edən müəllimlər qeyd edirlər ki, məsələ ilə bağlı bir neçə dəfə universitet rəhbərliyinə məlumat versələr də, lakin dolğun bir məlumat almayıblar.

Müəllimlər qeyd edirlər ki, Novruz bayramına kimi maaşlar verilməsə yeni aydan universitetə gəlib dərs deməkdən imtina edəcəklər.

Qeyd edək ki, əməkdaşımız məsələ ilə bağlı dəfələrlə universitetə zəng edib açıqlama almaq istəsə də universitet rəhbərliyindən heç kim zənglərimizə cavab vermədi.

Bənzər yazılar

Back to top button