Bizim seçimDünyaGündəm

Bu il Qarabağda 15 erməni əsgəri ölüb – Paşinyan orduda kadr dəyişikliyinə başladı

Ermənistan baş naziri Nikol Paşinyan naməlum ölümlərə görə orduda naməlum kadr dəyişikliyi apardığını elan edib

Son günlər işğalçı orduda qeyri-döyüş şəraitində ölümlərin, o cümlədən intiharların sayının artması Ermənistan cəmiyyətində hökumətə qarşı kəskin etirazlara səbəb olub. Bu günlərdə dalbadal olaraq erməni hərbçilərinin işğal edilmiş Dağlıq Qarabağda yerləşən hərbi hissələrdə naməlum şəkildə qətlə yetirilməsi və üstünün açılmaması erməni ordusunda kriminal vəziyyətin acınacaqlı olduğundan xəbər verir.

AzToday.az xəbər verir ki, bu etirazlara eaksiya verməyə məcbur olan hökumət fevralın 17-də xüsusi iclas keçirib. “Armenianreport.com” saytının yaydığı məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, ölüm halları hökumətdə müzakirə edildikdən sonra kadrlar da daxil olmaqla əsas qərarlar qəbul edilib. Amma hansı kadr dəyişikliyindən söhbət getdiyi açıqlanmır.

Bununla yanaşı, görüş ərəfəsində N.Paşinyan problemlərin həllini prioritet adlandırıb və nizam-intizam səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq üçün ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Məsul şəxslərə də müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, yanvar ayının əvvəlindən 15 erməni əsgəri qeyri-döyüş şəraitində ölüb. Onların ölümü Ermənistanda geniş etirazlara səbəb olub.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button