Abid Şərifov kürəkəni ilə deputat Elxan Süleymanovun “torpaqaldı yarışması” – İSMAYILLIDA PUL SAVAŞI

by Aztoday Xəbər Portalı

Baş nazirin müavini Abid Şərifovla deputat Elxan Süleymanov arasında münasibətlər gərginləşib.

24saat.org-a daxil olan məlumatda bildirilir ki, məsələnin kökündə biznes maraqları dayanır. İddiaya görə, Abid Şərifovun kürəkənu İsmayıllı rayonunun Buynuz kəndində “dağ dibi” adlanan əarazidə torpaq sahələrini satın alır. Güman ki, həmin ərazilərdə müxtəlif obyektlərin inşası nəzərdə tutulur.

Eyni addımı Şamaxıdan mandat sahibi edilən Elxan Süleymanov da atır. Məlumatda bildirilir ki, bu səbəbdən Abid Şərifovun kürəkəni ilə Elxan Süleymanov arasında sərt rəqabət gedir. “Biznesmen”lərdən biri ərazinin şimalından, digəri isə cənubundan başlayaraq torpaqları böyük sürətlə almaqla sanki bir-birləri ilə yarışırlar.

Əldə etdiyimiz digər məlumatda isə, Abid Şərifovun da məsələyə müdaxilə etdiyi, kürəkənin nəfinə Elxan Süleymanovun əngəllənməsinə nail olmağa çalışdığı vurğulanır. Lakin qarşı tərəfin Abid Şərifovun bu müdaxiləsinə layiqli şəkildə qarşılıq verməsi, hətta ona sərt şəkildə qulaqburması verdiyi də bildirilir.

Bildirilir ki, tərəflər arasında gərginlik hələ də qalır və heç kəs mövqeyindən geri çəkilmək niyyətində deyil.

Bənzər Yazılar