Dünya

Rusiyada fabrik partladı: 4 türk öldü, ikisi yaralandı (VİDEO)

Rusiyanın Oryol bölgəsində yerləşən Mçensk şəhərində kauçuk fabriki partlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında qaz sızması səbəbindən baş verib. Partlayış nəticəsində 5 işçi həyatını itirib. Onlardan 4-ünün türk olduğu bildirilir.

Dağıntılar altından çıxarılan 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin də türk olduğu deyilir. Daha bir işçinin də dağıntılar altında qaldığı ehtimal edilir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Bənzər yazılar

Back to top button